Putin yeni mesajlar verməyə hazırlaşır KONKRET

30.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yeni mesajının hazırlandığını açıqlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  Kreml Putinin mühüm müraciətinin hazırlanması prosesini fəal şəkildə davam etdirir.  Peskov eyni zamanda, onun təqdimatının konkret tarixlərinin hələ müəyyən edilmədiyini vurğulayıb.Peskovun sözlərinə görə, bu proses vaxt aparır və son tarixlə bağlı qərar qəbul edildikdə, məlumat ictimaiyyətə açıq olacaq.  Kreml sözçüsü Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün təmaslar barədə suala cavab olaraq bildirib ki, hazırda yüksək səviyyəli görüşlər planlaşdırılmır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью