Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib

19.11.2024

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasnın yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Bu barədə rəsmi hüquq-informasiya portalında məlumat yerləşdirilib.

Yenilənmiş nüvə doktrinasına əsasən, nüvə silahından istifadə qərarı Rusiya Federasiyasının Prezidenti tərəfindən verilir.

Doktrinaya əsasən, hərbi bloka daxil olan hər hansı ölkənin Rusiya Federasiyasına qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью