Putin zəifləyir Zelenskidən XƏBƏRDARLIQ

19.06.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını Rusiyanın hücumlarının güclənə biləcəyi barədə xəbərdar edib.

Redaktor.az bu haqda "Ukrainska Pravda"ya istinadla verir.

Jurnalistlərə açıqlama verən Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin siyasi, hərbi və fiziki baxımdan zəifləyir. Onun sözlərinə görə, bu səbəbdən Kreml rəhbərliyi raket və pilotsuz uçuş aparatları ilə hücumları artıra bilər.

“Putin zəifləyir. Buna görə də o, xalqımıza qarşı raket və dron hücumlarını intensivləşdirə bilər. Sığınacaqlardan istifadə edin”, – deyə Zelenski vətəndaşlara müraciət edib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью