Putin Zelenski ilə görüşə razılıq verib? AÇIQLAMA

05.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin ona ünvanladığı açıq məktubun məzmunu barədə məlumat verilib”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, Ukrayna ilə Rusiya arasında rəsmi ünsiyyət kanalları yoxdur.

Qeyd edək ki, cümə axşamı dərc olunan məktubda Ukrayna prezidenti müharibəyə son qoymaq üçün rusiyalı həmkarı ilə görüş təklif edib və danışıqlar müddətində tam atəşkəsə hazır olduğunu bildirib. Bir gün əvvəl Kreml cənab Zelenskini danışıqlar üçün Moskvaya dəvət edib. Kiyev isə əvvəllər bir neçə dəfə bunu rədd edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью