Putin Zelenski ilə görüşəcək Vaşinqton tarix verdi

25.02.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə görüşə bilər.

Globalinfo.az xəbər verir ki, bunun Ağ Evin mətbuat katibi Karolin Levitt “Foks Nyus” telekanalına deyib.

O, ABŞ Prezidenti Donald Trampın bu gözləntidə olduğunu vurğulayıb:

“Ağ Ev rəhbəri Kiyev və Vaşinqton arasında nadir torpaq metalları sazişinin imzalanmasını istəyir. Amerika vergi ödəyicilərinin Ukrayna üçün etdiklərini nəzərə alsaq, bu, düzgün addım olardı. ABŞ olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmazdı. Prezident Donald Tramp da bunu anlayır”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью