Putin Zelenski ilə görüşün məqsəduyğunluluğuna şübhə ilə yanaşdı

03.09.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşün mənasının olacağına şübhə ilə yanaşıb.

Oxu.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Çinə səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Zelenski ilə görüşlərə gəlincə, mən belə görüşləri istisna etməmişəm, bu görüşlərin hər hansı bir mənası varmı?", - deyə Putin bildirib.

Rusiya lideri əlavə edib ki, Zelenski Moskvaya gəlməyə hazırdırsa, görüş baş tutacaq. Putin vurğulayıb ki, bunu ondan ABŞ Prezidenti Donald Tramp istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью