Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 19 avqust , AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb. AZƏRTAC-ın məlumatına görə, bu sözləri Almaniya Kansleri Fridrix Merts deyib. Onun sözlərinə görə, görüşün yeri hələ müəyyən edilməyib.
O, belə bir sammitə yaxşı hazırlaşmağın vacibliyini qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton