Putin: Zelenski son anda mənimlə görüşməkdən imtina etdi

28.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

"Ukrayna 2022-ci ilin yazında İstanbul danışıqları zamanı prezidentlərin şəxsi görüşündə israr etdi".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin müsahibəsində bildirib.
“Orada Ukrayna tərəfinin nəzərdən keçirməyi və müharibəyə son qoymağı təklif etdiyi yalnız bir məqam var idi. O da iki ölkə prezidentinin şəxsi görüşünün keçirilməsi idi. Mən də bununla razılaşdım”, - Putin deyib.
Rusiya prezidenti vurğulayıb ki, sonra Zelenski fikrindən daşındı və Rusiyaya qarşı sonuncu ukraynalıya qədər mübarizə aparacağını bildirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью