Putin Zelenskini xəbərdar etdi “Oreşnik”in hədəfi ola bilər

28.11.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Baş Qərargah və Rusiya Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində "Oreşnik"lə məhv edilmək üçün hədəflər seçir.

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O əlavə edib ki, Kiyevdəki qərar qəbuletmə mərkəzləri "Oreşnik" raketlərinin hədəfinə çevrilə bilər.

Onun sözlərinə görə, bu raketdən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahının gücü ilə müqayisə ediləcək.

Putin bildirib ki, Rusiya “Oreşnik”in kütləvi istehsalına başlayıb.

Prezident qeyd edib ki, Rusiya Federasiyasının dərinliklərinə endirilən zərbələrə cavab olaraq 2 gün ərzində Ukraynaya 100 raket atılıb./yenisabah.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью