Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün axşam saatlarında Rusiya ordusu “İsgəndər” raketləri ilə Ukraynanın Krivoy Roq şəhərini atəşə tutub. Nəticədə 14 nəfər həlak olub.
Ukrayna Prezidenti Zelenski 1978-ci ildə bu şəhərdə doğulub.
Zelenskinin sözlərinə görə, ölənlər arasında 6 uşaq da var. "Hər gün Rusiya zərbələri endirilir. Hər gün insanlar ölür. Bunun davam etməsinin yalnız bir səbəbi var: Rusiya atəşkəs istəmir və biz bunu görürük. Bütün dünya bunu görür", - Zelenski “Telegram” kanalında yazıb.
Krivoy Roq hərbi administrasiyasının rəhbəri Oleksandr Vilkulun sözlərinə görə, raketin düşdüyü yerin yaxınlığında uşaq meydançası olub. Dnepropetrovsk vilayətinin başçısı Sergey Lısakın “Telegram”-da yazdığına görə, yaralı uşaqların ən kiçiyi cəmi 3 aylıqdır.
“AzPolitika.info”