Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.
Onun sözlərinə görə, Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq.Putin Zelenskinin bu təklifini qəbul edə bilərmi?Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Volodimir Zelenskinin irəli sürdüyü təklif Vaşinqton tərəfindən də dəstəklənir.
Lakin Rusiya tərəfinin bu təklifi qəbul edəcəyi gözlənilmir:"Rusiya imkan düşdükcə, Ukraynanın infrastrukturunu dağıtmağı və irəliyə getməyi hədəfləyir.
Rusiya kütləvi dağıntılar etməklə, ukraynalıları müharibədən bezdirmək və hakimiyyətə qarşı etirazların formalaşdırılması ilə öz hədəfinə çatmaq istəyir.
Bu baxımdan Putin Zelenskinin təklifini qəbul etməyəcək. Qarşıdakı dövrdə də müharibə davam edəcək.
Əslində bu məsələdə ABŞ-nin mövqeyi əsas rol oynayır. Tramp adminstrasiyası və ABŞ dövlət katibi Marko Rubio danışıqlara səbir etməyəcəkləri
Yəni, bir növ Rusiyaya atəşkəslə razılaşmaq üçün mesaj verilir.