Bakupost saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin iyunun 1-də baş tutan telefon danışığında Ermənistan Baş naziri Nikol Paşinyanı ölkəyə tətbiq edilən iqtisadi məhdudiyyətlərin genişləndiriləcəyi ilə hədələyib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.
“Nikol Paşinyan iyunun 1-də Vladimir Putinlə telefon danışığı aparıb. Rəsmi açıqlamada ifadə edilən “nəzakət və isti münasibət”ə baxmayaraq, hökumətdəki mənbələrimiz bildirir ki, Paşinyan Putinlə söhbətdən sonra telefonu son dərəcə narazılıqla qapayıb.
Rusiya Prezidenti Ermənistan Baş nazirini ad günü münasibətilə təbrik edərlən düzgün tonda danışsa da, Avrasiya İqtisadi Birliyi-Avropa İttifaqı dilemmasına gəlincə, Putin yenidən sərt ifadələrə qayıdıb. Mənbəmizin sözlərinə görə, söhbətdən dərhal sonra Paşinyan iqtisadiyyat nazirinə müvafiq tapşırıqlar verib. Nazirə rusların mütləq məhdudiyyətləri qaldırmayacaqlarını, daha da dərinləşdirəcəklərini söyləyib. Təsadüfi deyil ki, son iki gündə iqtisadiyyat naziri məsələlərin həll olunacağını, malların Avropa İttifaqına ixrac olunacağını bəyan edib”, - nəşr yazıb.