Putindən Avropanı sarsıdan seçim Orban sevindi, savaş başladı | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüş üçün Macarıstanın paytaxtı Budapeşti seçməsi Avropada narazılıqlara səbəb olub.
Analitiklər iddia edir ki, bu qərar Qərb ölkələri arasında Ukrayna müharibəsinə yanaşmada fikir ayrılıqlarını daha da gücləndirmək məqsədi daşıyır.
Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə dəstəkləmir.
Bundan başqa, Budapeştdə baş tutacaq görüşdə Avropa liderlərinin iştirak etməməsi Brüsseldə narahatlıq yaradıb.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, liderlərin görüşü üçün Budapeştin məkan olaraq seçilməsi təsadüfi deyil: “Macarıstanın Baş naziri Viktor Orban administrasiyası Qərbdə Rusiya ilə ən yaxın münasibətlərə malik hökumətlərdən biridir.
Orban açıq şəkildə Avropa İttifaqının Rusiyaya qarşı mövqeyini tənqid edir və bəzi hallarda Putinin arqumentlərini müdafiə edir.
Moskva da bu münasibətdən faydalanaraq Avropa daxilində parçalanma yaratmağa çalışır.
Tam oxu
Xəbəri oxu