Putindən Bəşər Əsədlə bağlı qərar: Peskov açıqladı | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Putinin rəsmi cədvəlində Əsədlə görüş yoxdur.
Peskov “Putin sonuncu dəfə Əsədi nə vaxt görüb və onunla əlaqə saxlayıb” sualına cavab verməyib.
Rusiya prezidentinin sözçüsü Əsədin harada olduğunu açıqlamayıb.
Peskov yeni hakimiyyətlə münasibətlərdən danışarkən deyib: “Rusiya Suriyada öz ordusunun təhlükəsizliyini təmin edə bilənlərlə əlaqələr qurur”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu