Putindən Çin vətəndaşlarına şad xəbər: Qərar qəbul edildi

04.09.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq etməyi planlaşdırır. Bu barədə Prezident Vladimir Putin sentyabrın 4-də Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi sədrinin müavini Li Xunçjun ilə görüşü zamanı bəyan edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu qərar Pekinin Rusiya vətəndaşları üçün vizasız giriş rejimi tətbiqinə cavab olaraq qəbul edilir.

“Rusiya bu dostluq addımına güzgü prinsipi ilə cavab verəcək. Biz də eyni addımı atacağıq”, – deyə Putin vurğulayıb.

Hazırda təşəbbüsün qüvvəyə minmə tarixi açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью