Putindən əmr: Kiyevə 3 gün zərbələr endirilməyəcək

05.09.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə zərbə endirməməyi əmr edib.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Zərbələrin müvəqqəti dayandırılması Kiyevdə amerikalı rəsmilər Stif Uitkoff və Cared Kuşnerlə görüşlərin hazırlanması və keçirilməsi ilə əlaqədardır”, - Kreml rəsmisi bildirib.

Peskov Rusiya prezidentinin bu gün hər iki nümayəndəni də qəbul edəcəyini söyləyib.

Qeyd edək ki, adıçəkilən ABŞ rəsmiləri hazırda Rusiyada səfərdədir.

Xatırladaq ki, Ukrayna da 4 günlük atəşkəs elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью