Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Bişkek görüşü göstərdi ki, Kreml ancaq diplomatik ifadələrdən kənara çıxaraq, çox sərt addımlara keçib və heç bir diplomatik incəlik göstərmədən, daha sərt tonda Ermənistan hakimiyyətinə seçim etməyi təklif edib: ya bu, ya da o.
Teleqraf xəbər verir ki, bu barədə “Past” yazıb.
“Kremlə yaxın mənbələrin sözlərinə görə, Moskva Ermənistan üçün Rusiya bazarının açılması xahişi ilə danışıqlara girmək istəyən Nikol Paşinyanın sadəcə vaxt qazanmaq istədiyini düşünür. Məqsəd ən azı 2-3 il ərzində referendumdan yayınmaq, “Ermənistanın Qərbə inteqrasiyasında maraqlı olmadığını göstərmək”, bu müddətdə ixracı qismən şaxələndirmək, tədricən Rusiyaya kənd təsərrüfatı təsərrüfatı məhsulları ixracının həcmini azaltmaq və ardınca gözlənilmədən, bir gün ərzində Moskva ilə bütün əlaqələri kəsməkdir”, - mənbə bildirib.
Nəşr qeyd edib ki, Moskvanın İrəvanın Qərbə inteqrasiya planını maliyyələşdirmək niyyəti yoxdur:
“Artıq rusiyalı ekspertlər və siyasətçilər bu barədə açıq şəkildə danışırlar. Məlumatımıza görə, Rusiya hakimiyyəti Ermənistanla bağlı mümkün qədər quru və sərt siyasət yürütmək qərarına gəlib. Bunun konkret olaraq hansı formada özünü göstərəcəyi hələ dəqiq məlum deyil. Amma Ermənistandan ixracın qadağan edilməsi ilə yanaşı, Rusiyada yaşayan və işləyən çoxsaylı Ermənistan vətəndaşlarının deportasiya edilməsi, pulköçürmələrinin və bütün nəqliyyat əlaqələrinin məhdudlaşdırılması, enerji daşıyıcılarının, xüsusən də qazın bahalaşdırılması və sair mümkün variantlardır.
Bütün bunların Ermənistan üçün son dərəcə ağır, fəlakətli nəticələr doğuracağı aydındır. Üstəlik, bütün bunlardan zərər çəkənlər hakimiyyətdə olan şəxslər deyil, ölkə və erməni xalqı olacaq”.