Putindən GÖSTƏRİŞ: 3 gün Kiyevə...

05.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.

"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью