Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin bu gün 72 yaşı tamam olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanı təbrik edib.
Redaktor.az xəbər verir ki, Kreml sahibi təbrik mesajında ona “çətinliklər qarşısında dözümlülük” arzulayıb.
“Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfənizi unutmayıb. Sizə və ailənizin hazırda üzləşdiyiniz çətinliklər qarşısında səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi güc və dözümlülük arzulayıram”, - Putin bildirib.
Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib. Böyük oğlu Sedrak Köçəryan da eyni cinayət işi üzrə həbs olunub.