Putindən Mixail Qusmanla bağlı qərar

07.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı Aleksandr Nevski ordeni ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, V.Putin Rusiya jurnalistikasının və mediasının inkişafına böyük töhfələrinə, uzun illər səmərəli fəaliyyətinə görə agentliyin 30-dan çox əməkdaşını orden və medallarla təltif edib.

Mükafat alanlar arasında informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью