Putindən Qərbə qırmızı xətt xəbərdarlığı

30.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrinə son müraciəti Rusiyanın cavab tədbirlərinə hazır olduğunu göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin “Military China” nəşri yazır.

Məqalə müəllifinin sözlərinə görə, bu, Rusiya Federasiyasının səbrinin sonsuz olmadığına dair bir xəbərdarlıqdır. Bununla belə, nəşrdə Qərbin geri çəkilmək niyyətində olmadığı, sanksiya siyahılarının getdikcə uzandığı və energetika, maliyyə, hərbi sənaye, gəmiçilik kimi sahələri əhatə etdiyi qeyd olunur.

"Hesablamalar ondan ibarət idi ki, zaman keçdikcə Rusiya bu təzyiqlər altında çökəcək. Lakin artıq bir neçə ildir ki, proqnozlar doğrulmur. Ölkə yeni şəraitə uyğunlaşıb və Qərbin narazılığına səbəb olan da məhz budur. Sanksiyalar Moskvanın öz mövqeyini dəyişməsinə səbəb olacaq qədər ağrılı deyil", — deyə materialda vurğulanır.

Müəllifin sözlərinə görə, Putin Rusiya Federasiyasının "təzyiqlərə qarşı effektiv şəkildə uyğunlaşdığını və onun 'qırmızı xətləri' pozulacağı təqdirdə qətiyyətlə cavab verməyə hazır olduğunu" açıq şəkildə nümayiş etdirib. O əlavə edib ki, Qərb "Rusiyaya qarşı növbəti addımları atmazdan əvvəl dərindən düşünməlidir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью