“Putindən şəxsən xahiş etdim ki, Kiyevə atəş açılmasın”

29.01.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə atəş açmamağı xahiş etdiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə çıxışı zamanı verib.

Onun sözlərinə görə, söhbət bir həftəlik müddəti əhatə edib. Tramp bildirib ki, Putin bu xahişlə razılaşıb.

ABŞ prezidenti eyni zamanda Ukrayna ilə bağlı danışıqlarda ciddi irəliləyiş olduğunu deyib. O qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində proses aktiv şəkildə davam edir.

Tramp bildirib ki, xüsusi elçi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner bu istiqamətdə intensiv işləyirlər. Prezidentin sözlərinə görə, müharibənin başa çatması yaxınlaşır.

ABŞ lideri əlavə edib ki, hazırkı dövr Amerika administrasiyaları tarixində ən uğurlu illərdən biri olub. Onun iddiasına görə, bu müddətdə səkkiz müharibənin qarşısı alınıb və Ukraynadakı münaqişə də sona yaxınlaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью