Putindən sonra Lavrovdan da müsahibə aldı

05.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Amerikalı jurnalist Taker Karlson Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, müsahibə dekabrın 6-na keçən gecə dərc olunacaq.

Qeyd edək ki, Taker Karlson bu həftə Moskvaya gedib. Bildirilir ki, Karlson digər məsələlərlə yanaşı, Rusiya nazirinə ABŞ və Ukrayna ilə münasibətlər barədə sual verib.

Karlson fevral ayında Moskvada Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью