Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Rusiya Silahlı Qüvvələri Suriyanın Haseke əyalətində yerləşən hərbi bazadan şəxsi heyətini və hərbi texnikasını çıxarmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barərə Suriya hərbi mənbələri məlumat yayıb. Bildirilir ki, rus hərbçilər və müxtəlif avadanlıqlar hərbi yük təyyarələri vasitəsilə Latakiya əyalətindəki Hmeymim hava bazasına daşınıb.
Mənbələr iddia edir ki, bu qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilib. Qeyd olunur ki, köçürmənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu proses fonunda bölgədə ABŞ-ın hərbi fəallığının da artdığı müşahidə olunur. ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə beynəlxalq koalisiyaya məxsus Haseke əyalətinin Şəddadi şəhərindəki hərbi hava bazasında intensiv aktivlik qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ABŞ-a məxsus yük təyyarəsinin bazaya eniş etdiyi və yükləmə işlərinin aparıldığı görünür. Eyni zamanda hərbi helikopterlərin ərazi üzərində uçuşlar etdiyi, bazanın ətrafının müşahidəsi üçün isə aerostatdan (zeppelin) istifadə olunduğu bildirilir.
Tahir Turan
Globalinfo.az