​Putindən Talibanla bağlı vacib qərar

28.12.2024

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin "Taliban" hərəkatının Rusiyada qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanuna imza atıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin rəsmi hüquqi informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, qadağa Rusiya Federasiyasının baş prokurorunun müraciəti əsasında Rusiya Federasiyası məhkəməsinin qərarı ilə götürülə bilər. Hazırda Rusiyada belə bir təşkilatın fəaliyyətinə qadağanın götürülməsi mexanizmi mövcud deyil. Rusiya prezidenti tərəfindən imzalanan sənəd isə həmin boşluğu aradan qaldırmaq üçündür.

Xatırladaq ki, hazırda "Taliban" terror təşkilatı hesab edilir və Rusiya ərazisində fəaliyyəti qadağan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью