Putindən təcili zəng: Rusiyada nə baş verir?

01.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz və Rusiya Dəmir Yollarının (RZD) rəhbəri Oleq Belozerovla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, dövlət başçısı Bryanskdakı fövqəladə insidentlə bağlı məruzələri dinləyib.

“Putinə dəmir yolunda baş verənlərlə bağlı görülən tədbirlər barədə məlumat verilib”, – Peskov əlavə edib.

Qeyd edək ki, mayın 31-də axşam saatlarında Bryansk vilayətində Klimovdan Moskvaya gedən 86 saylı sərnişin qatarının üzərinə körpü uçub.

Nəticədə 7 nəfər ölüb, 73 nəfər xəsarət alıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью