Putindən Trampa cavab: Arktikanın tədqiqini hər halda davam etdirəcəyik

24.01.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Arktika ilə bağlı suverenlik iddialarına münasibət bildirib. O deyib ki, Rusiya Arktikanın tədqiqini istənilən halda davam etdirəcək: “Şimal enlikləri Rusiya ərazisinin təxminən 70 faizini təşkil edir. Bu, son dərəcə vacib məsələdir”.

Sherg.az xəbər verir ki, Putin bu fikirləri Moskva Fizika və Texnologiya İnstitutunda tələbələrlə görüşdə səsləndirib və Arktikada iqlim dəyişiklikləri ilə bağlı alimlər arasında fərqli yanaşmaların olduğunu qeyd edib.

Donald Tramp isə Arktikanın ABŞ üçün hərbi və strateji əhəmiyyətini vurğulayaraq bölgənin milli təhlükəsizlik baxımından kritik olduğunu bildirib, həmçinin zəngin təbii resurslara və strateji mövqeyinə görə Danimarkaya bağlı Qrenlandiyanı almaq niyyətini ifadə edib. Bu təklif Avropa ölkələrinin sərt etirazı ilə qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью