Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ABŞ-da dondurulmuş vəsaitlərdən Qəzzanın bərpası ilə bağlı yaradılan “Sülh Şurası”na 1 milyard dollar göndərməyə hazırdır.
Ölkə.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Trampdan "Sülh Şurasına" dəvəti və məsələ ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Trampdan “Sülh Şurası”na qoşulmaq üçün şəxsi dəvət aldığını təsdiqləyən Putin deyib ki, Xarici İşlər Nazirliyinə təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşmələri və bundan sonra Rusiyanın mövqeyi ilə bağlı cavab verməyi tapşırıb.
Putin hesab edir ki, əsas məsələ Qəzza prosesinin Yaxın Şərq münaqişəsinin həllinə müsbət təsir göstərməsidir;
Onun sözlərinə görə, Rusiya ABŞ-da dondurulmuş vəsaitlərdən “Sülh Şurası”na 1 milyard dollar göndərməyə hazırdır.
O əlavə edib ki, Rusiya Ukrayna ilə müharibədən sonra ərazilərin bərpası üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni ABŞ-la müzakirə edir və 22 yanvarda Uitkoff və Kuşnerlə görüşməyi planlaşdırdığını təsdiqləyib.
Mürtəza