Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə görüş zamanı Kuşnerin babasının İkinci Dünya müharibəsində Almaniyaya qarşı döyüşlərdə iştirakı ilə bağlı arxiv sənədlərini göstərib.
Turkustan.az xəbər verir ki, Kuşner bu barədə “New York Magazine” jurnalına müsahibəsində bildirib.
Rusiya lideri ABŞ rəsmiləri ilə söhbət zamanı Kuşnerin babasının İkinci Dünya müharibəsində Belarusda fəaliyyət göstərən yəhudi partizan dəstəsində iştirakı barədə dövlət arxivlərindən ətraflı məlumat təqdim edib.
Kuşner Putinin jestini Moskva və Vaşinqtonun Nasist Almaniyasına qarşı mübarizədə müttəfiq olduqlarına dair “incə bir işarə” kimi gördüyünü söyləyib./Globalinfo.az