Putindən Ukrayna ilə bağlı gözlənilməz açıqlama:

03.09.2026

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna münaqişəsinin həlli üçün imkanlar qalır.

Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda çıxışı zamanı bildirib.

Putinin sözlərinə görə, münaqişənin həlli üçün ilk növbədə Rusiya və Ukrayna arasında razılaşma əldə olunmalıdır. Digər ölkələr isə bu prosesə yalnız kömək edə bilərlər.

Rusiya lideri sülh prosesinə dəstək göstərməyə çalışan bütün ölkələrə təşəkkür etdiyini bildirib.

Bununla yanaşı, Putin Ukraynanın mülki aviasiyaya qarşı yaratdığı təhdidlərin Rusiya ilə ikitərəfli sülh danışıqlarının aparılmasını çətinləşdirdiyini deyib.

O, mülki təyyarələrə hücumları “dövlət terrorizminin təzahürü” adlandırıb.

“Mülki təyyarələrə hücumlar, əlbəttə ki, dövlət terrorizminin təzahürüdür. Və bu, ikitərəfli sülh danışıqlarının aparılma ehtimalını şübhəsiz ki, çətinləşdirir”, – Putin bildirib.

Rusiya prezidenti eyni zamanda Ukrayna ilə xüsusi xidmət orqanları vasitəsilə təmasların davam etdiyini açıqlayıb.

Putinin açıqlaması Rusiya və Ukrayna arasında siyasi səviyyədə birbaşa danışıqların perspektivinin hələ də gündəmdə olduğunu göstərir. Lakin Moskva Ukraynanın son hərbi addımlarını danışıqlar prosesinə maneə kimi qiymətləndirir.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью