Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları dünya gündəmini zəbt edib. Kreml lideri NATO-nun regiona doğru genişlənməyə çalışdığını, yeni hərbi-siyasi blokların formalaşdırıldığını və Rusiyaya birbaşa təhlükə yarada biləcək silah sistemlərinin yerləşdirildiyini bildirib.
Putinin açıqlamasında “qarşılıq verəcəyik” mesajının səslənməsi xüsusilə diqqət çəkir. Bu, Moskvanın NATO-nun Avropa ilə məhdudlaşmayan hərbi-siyasi fəallığına necə reaksiya verəcəyinə dair ciddi suallar yaradır.
Putin “qarşılıq verəcəyik” deyərkən konkret hansı addımları nəzərdə tutur? pizza hut
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirib ki, Şimal Alyansı yeni üzvlərin qəbul edilməsinə yox, regional təhlükəsizlik ittifaqlarının formalaşmasına çalışır. "Bu, təkcə Rusiyaya yox, həm də Çinə qarşı strategiyanın bir hissəsi kimi görünür və Vaşinqtonun Pekinlə qarşıdurmasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Rusiyanı narahat edən məqam isə Ukrayna müharibəsi fonunda təklənmək təhlükəsidir. Putinin “cavab verəcəyik” mesajı praktiki addımlardan daha çox, Asiya bölgəsini də Qərblə qarşıdurmaya cəlb etmək, özünü bu regiondakı ölkələrə “müdafiəçi” kimi göstərmək məqsədi daşıyır. İstisna deyil ki, bu mesajın praktiki müstəvidə nümayiş etdirilməsi istiqamətində də addımlar atıla bilər", - təhlilçi deyib.
Misal üçün, o, Çin və Şimali Koreya ilə hərbi əməkdaşlığın artırılması, Yaponiya ilə köhnə münaqişə üzərindən gərginliyin yaradılması, hərbi donanmasını gücləndirməklə dəniz ticarətində Qərbə problemlərin yaradılmasını görür: " Bu, təbii ki, Qərb-Rusiya qarşıdurmasının yeni regionlara yayılması baxımından risklər təşkil edir və aydın görünür ki, müharibə müxtəlif regionlarda da güc balansı uğrunda toqquşmanı şiddətləndirir. Hazırda hər iki tərəf müxtəlif bölgələrdə güc balansını öz xeyrinə dəyişmək uğrunda yarışa girişib. Bu yarış yeni gərginliklər vəd edir”.\Musavat.com