Putinə hədiyyələr dünyaya sülh gətirməyəcək Zelenski

10.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Rusiyanın dizel yanacağı ilə bağlı qərarı terrorun davam etməsinə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Putinə hədiyyələr sivil dünyaya sülh və ya heç bir fayda gətirməyəcək. Rusiya onlara dizelin əvəzini daha çox terror və alçaq hərəkətlərlə ödəyəcək", - deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, təcavüzkar ölkəyə neft məhsullarının satışına icazə vermək müharibəyə investisiyadır.

Qeyd edək ki, ABŞ Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью