Putinə məruzə edildi, bu ərazi Rusiyanın nəzarətinə keçdi

26.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin nəzarət altına alınması üzrə əməliyyatı başa çatdırıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Prezident Vladimir Putinə Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə məruzə edib.

Gerasimovun məruzəsində bildirdiyi kimi, bu gün Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью