Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi bloger Anatoli Radov Ukraynanın Donetsk vilayətinin işğal edilməsi üçün ən azı iki il vaxt lazım olduğunu yazıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiyanın “Kremlevskaya tabakerka” Teleqram kanalı məlumat yayıb.
“Bu, daxili məlumatlarımızı və hərbçilər arasında gələn il bütün Donbasa nəzarəti ələ keçirməyin çox güman ki, mümkün olmayacağı barədə geniş yayılmış fikri təsdiqləyir. Əslində, vəziyyət daha da mürəkkəb ola bilər”, - deyə Radov qeyd edir.
O bildirib ki, Donetskin tamamilə ələ keçirilməsi üçün ən azı üç-dörd il vaxt lazım olacağı barədə Prezident Vladimir Putinə məruzə edilib.
Məruzəni Rusiyanın müdafiə naziri Boris Belousov edib.
“Prezident bu son tarixlərdən narazıdır və bir çoxumuz “Xüsusi Hərbi Əməliyyat”ın digər məqsədlərinə çatmaq üçün nə qədər vaxt lazım olduğunu düşünürük.
Belə bir proqnoz isə hələlik yoxdur. Müdafiə Nazirliyi bu proqnozu təsdiqləyərək, olduqca nikbin olduğunu və cəbhədə və ölkə daxilindəki real vəziyyətə əsaslandığını deyir.
Putin hazırda digər qiymətləndirmələri gözləyir. Valeri Gerasimovun da tezliklə öz proqnozunu prezidentə təqdim edəcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin