“Putinə mesajım aydındır!” “NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”

10.09.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya PUA-larının Polşaya hücumu NATO-da kəskin etirazla qarşılanıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Rusiya PUA-larının Polşa hava məkanını pozmasını “tamamilə ağılsızlıq” adlandırıb.

"Bunun qəsdən olub-olmamasından asılı olmayaraq, bu, tamamilə ağılsızlıqdır və təhlükəlidir. Amma tam qiymətləndirmə hələ də davam edir. Mənim Putinə mesajım aydındır. Ukraynada müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın. Və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik", - o vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью