Putinə “Tanrının nəğməsi”ni hədiyyə etdi Foto | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın Baş naziri Narendra Modi ölkədə səfərdə olan Rusiya Prezidenti Vladimir Putinə qədim hind eposu “Bhaqavad Gita”nın rus dilində olan nüsxəsini hədiyyə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı N.Modi “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
“Mahabharata” eposunun bir hissəsi olan və sanskrit dilində yazılmış “Bhaqavad Gita” (“Tanrının nəğməsi”) şahzadə Arcuna ilə Tanrı Krişna arasında fəlsəfi dialoqdan ibarətdir.
Əsər hinduizm fəlsəfəsinin əsas mətnlərindən biri olmaqla, 18 fəsil və 700 şeirdən ibarətdir.
Onu da xatırladaq ki, Vladimir Putinin Hindistana rəsmi səfəri ötən gün başlayıb.
Onu Hindistan Hərbi Hava Qüvvələrinin Palam bazasında Narendra Modi şəxsən qarşılayıb.
Səfər çərçivəsində Putinin Hindistan Prezidenti Draupadi Murmu ilə görüşü planlaşdırılıb.
Tam oxu
Xəbəri oxu