Putinə vaxt verildi: Bir neçə günün var, vəziyyət dəyişməsə...

22.05.2025

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putindən Ukraynada müharibəyə son qoymaq üçün real addımlar atacağını gözləyir. Əks halda, bir neçə gün ərzində yeni anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılacaq".

Teleqraf xəbər verir ki, bu barədə qanun layihəsinin müəllifləri, demokrat senator Riçard Blumental və respublikaçı Lindsi Qremin bəyanatında deyilir.

“Vəziyyət olduğu kimi qalarsa, Rusiya Birləşmiş Ştatların Senatından qətiyyətli addım gözləyə bilər. Bizim qanunvericiliyimiz Rusiyanı təcrid edir”, - qanun layihəsində deyilir.

Qanun layihəsində xüsusilə Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsumun tətbiqi təklif olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью