Putinə verdiyi sözü tutdu Ona demişdim ki…

09.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə verdiyi sözə əməl edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Moskvaya gəldikdən sonra verdiyi ilk müsahibəsində danışıb.

“Mən Putinə söz verdim ki, 9 may günü burada olacağam. Dediyim şeyi etdim. Bütün maneələrə baxmayaraq, 9 Mayı qeyd etmək üçün Moskvaya gəldim”, – deyə o bildirib.

Serbiya lideri qeyd edib ki, Rusiya və Serbiyanın qarşısında qələbənin xatirəsini əbədiləşdirmək vəzifəsi durur.

“Bu qalibiyyətdə serb xalqının rolu ilə fəxr edirəm”, – Vuçiç əlavə edib.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью