Putinə Zelenskidən daha çox rəğbət bəslənilir KİV

21.10.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskidən daha çox rəğbət bəsləməsindən narahatdırlar.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Avropada bəzi rəsmilər Trampın Ukraynaya qarşı sərt mövqeyini onun şəxsi münasibətləri ilə əlaqələndirirlər.

“Tramp Zelenskini sevmir. Sadəcə, ondan xoşu gəlmir”, – deyə avropalı rəsmilərdən biri bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin Ukrayna liderinə münasibəti Vaşinqtonun sülh prosesinə dəstəyini əldə etməyi çətinləşdirir.

Avropa İttifaqına üzv ölkələrdən birinin diplomatı isə Trampın müxtəlif məsələlərdə mövqeyini dəfələrlə dəyişdiyini, lakin Rusiyaya münasibətdə fərqli yanaşma nümayiş etdirdiyini vurğulayıb.

Diplomatın sözlərinə görə, Tramp Ukraynanı, Avropa İttifaqını və NATO-nu dəfələrlə tənqid etsə də, Putin haqqında nadir hallarda mənfi fikirlər səsləndirib.

O hesab edir ki, hazırkı ABŞ administrasiyasının siyasəti Rusiyaya daha yaxın görünür.

Nəşr qeyd edir ki, Avropa paytaxtlarında Trampın mövqeyinin Ukraynada sülhün əldə olunması istiqamətində aparılan danışıqlara mənfi təsir göstərə biləcəyindən ehtiyatlanırlar.

Bununla belə, avropalı diplomatlar ABŞ prezidentinin Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişə biləcəyini istisna etmirlər.

Ağ Ev isə “Politico”nun məsələ ilə bağlı sorğusuna dərhal cavab verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью