Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşğalçı ailəsi üçün o qədər darıxıb ki, onları Yakutiyadan Rostova dəvət edib və orada bıçaqla doğrayıb...
Rusiya Federasiyasında döyüş bölgəsindən bir həftəlik məzuniyyət alan Yakutiyadan olan işğalçı 14 yaşlı qızını bıçaqlayaraq öldürüb, həyat yoldaşını və oğlunu yaralayıb və intihar edib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Mediazona” nəşri yazır.
İşğalçı ailəsi ilə görüşmək üçün bir həftəlik məzuniyyət götürüb.
Bu müddət ərzində onun evə gəlib qayıtmağa vaxtı olmadığı üçün qohumları özləri Yakutiyadan Rostova gəliblər.
Müharibə cinayətlərinə görə aldığı pulla həyat yoldaşının, 14 yaşlı qızının və 10 yaşlı oğlunun yol xərclərini ödəyib.
Ailə kirayə mənzildə “ənənəvi” içki məclisi keçirib. Yaralarına görə alkoqolun qadağan edilməsinə rəğmən işğalçı doyunca içib.