Putini devirib ölkəni parçalamaq istəyirlər: Rusiyanın baş kəşfiyyatçısı

14.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Moskvanın geosiyasi rəqibləri Rusiyada hakimiyyət dəyişikliyi ilə bağlı xəyallar və planlar qururlar.

"Cebheinfo.az"  xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. “Rusiyanın həm bir əsr əvvəlki, həm də bugünkü geosiyasi rəqibləri ölkəmizin genişliyi, böyüklüyü, insan və təbii sərvətlərindən hələ də qıcıqlanırlar. Onların hakimiyyəti, dövlət rəhbərliyini dəyişdirmək kimi planları və xəyalları var”, - qurum rəhbəri bildirib. Narışkin əlavə edib ki, bu ölkələr Rusiyanı bir neçə yerə parçalamaq planları da qururlar.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью