Putini hiddətləndirəcək hazırlıq planı yayıldı Kremldən CAVAB

17.12.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Hazırda danışıqlar mərhələsində olan Ukrayna ilə bağlı sülh razılaşması əldə edilməsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni məhdudiyyətlər bu həftə elan edilə bilər.

“Vaşinqton Rusiya neftinin daşınmasında iştirak etdiyi iddia edilən kölgə donanmasına, eləcə də enerji ehtiyatları ilə bağlı əməliyyatları asanlaşdırdığı iddia edilən treyderlərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir”, – deyə qeyd olubub.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, istənilən sanksiya Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması prosesinə zərər verəcək.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью