Putini lənətləyən məşhur musiqiçinin qan donduran ölümü

09.02.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Əvvəllər Rusiya prezidenti Vladimir Putini söyən rusiyalı müğənni Vadim Stroykin polisin reydi zamanı 10-cu mərtəbədəki evinin pəncərəsindən yıxılaraq ölüb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ölkənin məşhur müğənnilərindən biri, prezident Vladimir Putinə müxalifətçiliyi ilə tanınan Vadim Stroykinin ölümü Rusiyanı sarsıdıb. Ukrayna ordusuna ianə verməkdə ittiham olunan və əvvəllər dəfələrlə Putini söyən Stroykin polisin reydi zamanı şübhəli şəraitdə ölüb. 

58 yaşlı Stroykin Sankt-Peterburqda polisin reydi zamanı 10-cu mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Səlahiyyətlilər Stroykinin ölümünün araşdırıldığını bildiriblər. 

"Bu axmaq (Putin) həm öz xalqına, həm də qardaş xalqa müharibə elan etdi", - Stroykin 2022-ci ildə etdiyi paylaşımda deyib. 

Stroykin başqa bir yazısında "Onun ölməsini istəmirəm, onun mühakimə olunduğunu və həbs edildiyini görmək istəyirəm" yazıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью