Putini müharibəni dayandırmağa məcbur etmək lazımdır Zelenski

16.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, “Böyük Yeddilik” (G7) ölkələri Rusiyanın müharibəni dayandırmaq niyyətində olduğunu görmür.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında qeyd edib ki, G7 ölkələrinin mövqeyi müharibənin dayandırılmasının vacibliyi üzərində qurulub.

“Hamı hesab edir ki, müharibə dayandırılmalıdır. Hamı görür ki, Rusiyanın buna istəyi yoxdur. İlk növbədə, Putin müharibəni bitirmək istəmir, amma onu buna məcbur etmək lazımdır”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenskinin sözlərinə görə, Kiyevin müttəfiqləri Rusiyaya qarşı sanksiya təzyiqlərinin gücləndirilməsini dəstəkləyirlər. Buraya Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər də daxildir.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью