Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibət saxlamasını onun Ukrayna münaqişəni həll etmək istəyi ilə bağlı olduğunu bildirib
Yeniavaz.com “Clash Report”a istinadla xəbər verir ki, Tramp Putini niyə dost adlandırdığını belə izah edib:
“Mən gəlib ona “Səndən xoşum gəlmir” deyə bilərdim və onda da (Ukrayna Prezidenti Volodimir) Zelenski ilə Putin arasındakı münasibətlərdə gördüyümüz eyni problemlə qarşılaşardıq”.
Tramp həmçinin izah edib ki, Rusiya və Ukrayna arasında danışıqların çətinliyi iki liderin həqiqətən bir-birindən nifrət etməsidir.