Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. “ABŞ-ın Ukraynaya dair sülh planını açıq şəkildə şərh etmək yersizdir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, belə bir vaxtda münaqişənin həlli səylərinə qarışmaq lazım deyil: “Düşünürəm ki, konkret olaraq nəyin uyğun olmadığını və nəyin üzərində razılaşa biləcəyimizi indidən söyləmək tezdir.
Çünki bu, Vaşinqtonun qurduğu iş rejimini poza bilər. Biz bu işə müdaxilə etməməliyik”.
Qeyd edək ki, dekabrın 3-nə keçən gecə Kremldə Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşü olub.
Danışıqlar 5 saata yaxın davam edib. Əliyar Xəlil Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.