Putini Ronaldo ilə müqayisə etdi

08.11.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela prezidenti Nikolas Maduro BRİKS-in Kazan sammitində iştirakını şərh edərkən Rusiya prezidenti Vladimir Putini beynəlxalq siyasətdə “qolçu instinkti”nə malik ulduz adlandırıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o qeyd edib ki, BRİKS sammitində 30 dövlət başçısı olub və Rusiya lideri bütün nümayəndə heyətlərini qəbul edərək plenar iclasda iştirak edib.

“Vladimir Putin beynəlxalq siyasətdə ulduzdur. BRİKS-i birləşdirən Kazanda keçirilən tarixi sammitdə böyük uğur əldə edildi. O, Kristiano Ronaldo kimi təbii qolçudur”, - Maduro bildirib.

Noyabrın 7-də Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında bildirib ki, hətta Şimali Atlantika Alyansının (NATO) üzvləri arasında BRİKS ilə qarşılıqlı fəaliyyətə maraq göstərənlər var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью