Putini Ronaldo ilə müqayisə etdi

08.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro Rusiya lideri Vladimir Putini futbolçu Kriştiano Ronaldo ilə müqayisə edib. Sport24.az xəbər verir ki, o, BRİKS sammiti zamanı deyib:

"Putin bütün nümayəndə heyətlərini, ikitərəfli görüşləri qəbul etdi və plenar iclasda iştirak etdi. Prezident Vladimir Putin beynəlxalq siyasətin ulduzudur. BRİKS-i birləşdirən Kazanda keçirilən tarixi sammitdə böyük uğur əldə edildi. O, anadangəlmə qolçudur. Putin Kriştiano Ronaldo kimi anadangəlmə bombardirdir, qol bacarığı var".

Qeyd edək ki, dünyanın ən çox qol vuran futbolçusu Kriştiano Ronaldodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью