Putini sülhə belə məcbur edə bilərik Zelenski

27.10.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Yeni sanksiyalar və Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin ötürülməsi Rusiyanı sülhə sövq edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı son hərəkətlərini şərh edən Zelenski bildirib ki, məhdudiyyətlər əhəmiyyətli olacaq:

“Lkin Prezident Vladimir Putin Vaşinqton təzyiqi artırmayana qədər güzəştə getməyəcək. Donald Tramp eskalasiyadan narahatdır, lakin danışıqlar olmadan bu, onsuz da baş verəcək. Putin dayanmasa, bizə onu dayandıracaq nəsə lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью