Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə Teleqramda təbrik edən Ukraynada Ali Radasının deputatı Artyom Dmitruka qarşı cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ölkənin Baş Prokurorluğundan bildirilib ki, iş Rusiyanın Ukraynaya qarşı cinayətlərinə bəraət qazandırma maddəsi ilə açılıb.
Dmitruk oktyabrın 7-də, Putinin doğum günündə Teleqram kanalında ona təbrik mesajı paylaşıb.